AZ

Çindən böyük addım: Sıfır gömrük rüsumları dövrü başladı

Yazını böyüt
Yazını kiçilt

Bu gün Çinin Hunan əyalətinin inzibati mərkəzi Çanşada Çin-Afrika Əməkdaşlıq Forumunun (FOCAC) nəticələrinin icrası üzrə Nazirlərin Koordinasiya İclası öz işinə başlayıb.

Hafta.az-ın yazdığına görə, Çin sədri Si Cinpin toplantıya təbrik mesajı göndərərək sıfır gömrük rüsumunun tətbiqini açıqlayıb. Məlumata əsasən, Çin diplomatik əlaqələr qurduğu 53 Afrika ölkəsindən idxal etdiyi bütün məhsullar üçün gömrük rüsumlarını sıfıra endirəcək.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı açıqlamalar verib. Lin, yeni tətbiqin Afrika ölkələrindən Çinə ixracı asanlaşdırmaq məqsədi daşıdığını, Çinin Afrika ölkələri ilə həmrəylik və əməkdaşlığı xarici siyasətinin prioriteti olaraq gördüyünü bildirib.

Sözçü Lin vurğulayıb ki, Çin gələcəkdə öz yolu ilə modernləşməni gücləndirəcək, Afrika ölkələrinin inkişafını sürətləndirəcək və Qlobal Cənub ölkələri arasında həmrəyliyi artıracaq.

Seçilən
5
hafta.az

1Mənbələr