ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Tovuz rayonunun Əlimərdanlı kəndində yerləşən M.Musayev adına tam orta məktəbdə müəllimin valideynlərdən zinət əşyası hədiyyə alması ilə bağlı yayılan görüntülər fonunda müəllimənin töhmət alması ilə bağlı elm və təhsil nazirinin müavini münasibət bildirib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib ki, sözügedən müəlliməyə valideynlərin verdiyi hədiyyəyə görə deyil, tədbirdə iştirakı ilə bağlı töhmət verilib:
"Müəllimə direktorla əlaqə saxlayaraq tədbirdə iştirak edib-edə bilməyəcəyini soruşub. Direktor ona bildirib ki, iştirak etməsin. Lakin müəllimə tədbirdə iştirak edib və bundan sonra töhmət verilib. Yəni töhmətin səbəbi hədiyyə deyil".
Nazir müavini bildirib ki, ümumiyyətlə, nazirlik müəllimə töhmət vermir:
"Bizim üçün müəllimin nüfuzu hər şeydən önəmlidir. Ona görə müəllimlərin işə qəbulu imtahanları keçirilir. Müəllimlik bu gün işləmək üçün ən rəqabətli yerlərdən biridir. Hər il 5-10 min yer üçün 70 min namizəd sənəd verir. Bu, müəllimlik peşəsinin nüfuzundan xəbər verir. Sertifikatlaşdırma prosesi də bu nüfuzu artırmaq üçündür. Bu prosesdə yüksək nəticə göstərən müəllimlərin maaşı 35 faiz artırılır. Digər müəllimlərin də əməkhaqqında 10 faiz artım olur".
Onun sözlərinə görə, müəllimlərin məktəbdənkənar tədbirlərə, yarışlara cəlb olunması prosesi də zamanla tənzimlənir:
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Bəzən bu prosesin gedişində istisna hallar yaşana bilər. Geniş ictimai müzakirələr bizim xeyrimizədir, biz də istəyirik olsun. Çünki bu zaman biz də hansı sahədə çatışmazlıq olduğunu görürük. Amma bir müəllimin üzərinə kollektiv şəkildə getmək, onu linç etməyə çevirmək, artıq təkcə müəllimliklə bağlı məsələ deyil. Bu, fərdin hədəf alınmasına çevrilir və düzgün hal deyil".
Tovuzda müəlliməyə töhməti valideynlərdən qızıl üzük aldığına görə verməyiblərmiş
Nazir müavini bildirib ki, bu cür hallarla bağlı aidiyyəti strukturlara göstəriş verilib, məktəblərə təlimatlar göndərilib:
"Valideynlərə müraciət etmişik ki, təşəkkür etmək istəyirsinizsə, bunu sözlə edin. Çünki bu məsələ hər il təkrarlandığı üçün artıq nəticə çıxarılmalıdır. Biz də eyni çağırışı edirik ki, gəlin nəticə çıxaraq, bu prosesi sağlam şəkildə tənzimləyək".
Xatırladaq ki, bir neçə gün əvvəl Tovuz rayonunun Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbin müəlliməsinin valideynlərdən hədiyyə olaraq zinət əşyası qəbul etməsi ilə bağlı görüntülər yayılıb. Müəllim daha sonra açıqlamasında bildirib ki, hədiyyəni "ayıb olmasın deyə" qəbul edib.
Aləmdə Nəsib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.