AZ

Dövlətlərimiz arasında siyasi əlaqələrin dərinləşməsi iş birliyimizin yeni arxitekturasını formalaşdırıb - Spiker

Bakı. Trend:

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində işgüzarsəfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-dəTÜRKPA-nın 14-cü plenar iclasında çıxış edib.

Milli Məclisdən Trend-ə bildirilib ki, "Türk əsri: parlamentdiplomatiyasının rolu" mövzusunda təşkil olunan iclasda çıxışızamanı spiker Sahibə Qafarova türk xalqlarının bəşəriyyətininkişafına dəyərli töhfələr verdiyini bildirib.

Onun sözlərinə görə, yaşadıqları məkanın çox geniş bircoğrafiyanı əhatə etməsinə baxmayaraq, xalqlarımız oxşar inkişafyolu keçib və heç vaxt bir-biri ilə əlaqələrini itirməyiblər.Qardaş xalqlarımızın yaradıcılıq enerjisindən və zəkasından gücalıb yüksələn çoxsaylı qüdrətli dövlətlər dünya tarixində dərinizlər qoyub, zaman boyu Avrasiyanın geosiyasi və mədəni simasınınformalaşmasında önəmli rol oynayıblar. Müasir dövrdə isə siyasicəhətdən müstəqil, iqtisadi cəhətdən dayanıqlı inkişaf edəndövlətlərimizin fəaliyyəti türk xalqlarının yaxınlaşması, birgəinkişafı və qarşılıqlı əlaqəsi üçün imkanlar yaratmışdır.

Spiker Sahibə Qafarova qeyd edib ki, bu dövrdə biz türkbirliyinin yeni tarixi şəraitdə, qarşılıqlı hörmət, stratejitərəfdaşlıq və xalqlarımızın gələcəyi üçün birgə məsuliyyətəsasında dirçəlməsinə şahidlik edirik və türk dövlətlərinin “dildə,fikirdə, əməldə birliyi” türk ailəsinin sabitliyinin və rifahınınmühüm şərtinə çevrilməkdədir. Dövlətlərimiz arasında siyasiəlaqələrin dərinləşməsi, ölkələrimizin yerləşdiyi bölgələrdəikitərəfli və çoxtərəfli iqtisadi layihələrin uğurla həyatakeçirilməsi, qarşılıqlı sərmayə qoyuluşları, digər tədbirlər işbirliyimizin yeni arxitekturasını formalaşdırıb.

Çıxışına davam edən Milli Məclisin sədrinin sözlərinə görə, bugün dünyanın sürətlə dəyişdiyi bir dövrdə geosiyasi proseslərgetdikcə daha mürəkkəb şəkil alır, qlobal çağırışlar kollektivcavablar tələb edir, dayanıqlı inkişaf isə təkcə resurslardandeyil, həm də birlik, həmrəylik və strateji düşünmə qabiliyyətindənasılı olur. Bu baxımdan türk dünyası nadir bir potensiala malikdir.Bu, sadəcə olaraq dövlətlərin birliyi deyil, ortaq dil, tarix vəmilli-mənəvi dəyərlər ilə bağlı olan sivilizasiya məkanıdır.

Türk ailəsinin fəal üzvü kimi Azərbaycanın ümumi işə verdiyitöhfələrdən danışan spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycantürk dünyasının birliyinin daha da güclənməsi üçün düşünülmüştədbirlər həyata keçirir. Onun sözlərinə görə, Türk dövlətləri iləikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsiAzərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindənbiridir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi iləxalqımızın İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatınəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsibütün türk dünyası üçün tarixi nailiyyət olmuşdur. Bu böyükqələbələr Azərbaycan torpaqlarının işğalına son qoymaqla yanaşı,həm də ümumi regionumuzda yeni geosiyasi reallıqlar formalaşdırıbvə türk dünyasının daha da sıx birləşməsi üçün yeni perspektivləraçıb. Enerji, nəqliyyat, tranzit və digər sahələr üzrə mövcudpotensialdan maksimum istifadə, yeni əməkdaşlıq formatlarınıntətbiqi türk dövlətlərinin iqtisadi birliyinin daha damöhkəmlənməsini təmin edəcək.

Xalqlarımızın və dövlətlərimizin birlik və birgəlik əzminin TürkDövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, TürkMədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası kimi inteqrasiyaqurumlarının keçdiyi inkişaf yolunda parlaq təcəssümünü tapdığınısöyləyən Sahibə Qafarova qeyd edib ki, bu əməkdaşlıq təşkilatlarıarasında öz yeri olan Türk Dövlətlərinin Parlament Assambleyası 15ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Assambleya çərçivəsindəiş birliyi ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi vəmədəni-humanitar əlaqələrin inkişafında parlament diplomatiyasınınzəngin potensialından istifadə edilməsinə yol açır. Onun sözlərinəgörə, TÜRKPA təkcə qanun yaradıcılığına ümumi yanaşmaların müəyyənedildiyi, qanunvericiliyin yaxınlaşdırılması üçün təşəbbüslərinirəli sürüldüyü və həyata keçirildiyi parlament qurumu deyil. O həmdə ölkələrimizi maraqlandıran məsələlərin, müasir dövrün vacibproblemlərinin müzakirə edildiyi bir platformadır. Bu mənada,Parlament Assambleyasının institusional potensialının daha dagenişləndirilməsi, regional və qlobal gündəlikdə onun iştirakınıngücləndirilməsi ümumi məqsədlərimiz baxımından faydalı olacaq.

Spiker diqqətə çatdırıb ki, parlamentarilər qanunverici orqanlararasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq və əlaqələndirmənidaha da möhkəmləndirməli, dövlət başçıları səviyyəsində qəbulolunan qərarların həyata keçirilməsinə kömək göstərməlidirlər.Xalqın iradəsini ifadə edən parlamentlər türk əsrinin institusionalölçülərinin müəyyən edilməsində daha böyük rol oynamalıdırlar.Geosiyasi qeyri-sabitlik, iqlim dəyişikliyi, suverenliyə təhdidlərkimi qlobal çağırışlar şəraitində parlament diplomatiyasınınimkanları xalqlarımızın və dövlətlərimizin maraqlarının qorunmasınayönəlməlidir. Biz təhlükəsizlik, informasiya müharibəsi, mədənidiplomatiya məsələlərində bir-birimizi dəstəkləməli, elmin,təhsilin, rəqəmsal texnologiyaların inkişafına köməkgöstərməliyik.

Çıxışının sonunda Milli Məclisin sədri vurğulayıb ki, iyirmibirinci əsr türk xalqları üçün yeni imkanlar əsridir. AzərbaycanPrezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “İyirmi birinci əsrTürk dünyasının inkişafı əsri olmalıdır”. Spikerin sözlərinə görə,bu baxış həm bizim ümumi mirasımıza, həm də türk dövlətlərininsiyasi, iqtisadi və humanitar sahələrdə artan potensialınaəsaslanır. Spiker Sahibə Qafarova deyib ki, Türk xalqlarının yeniyüksəlişinin yolu birlik və həmrəylikdən keçir. Azərbaycanparlamenti TÜRKPA çərçivəsində qarşılıqlı fəaliyyətə bundan sonrada ümdə əhəmiyyət verəcək.

Seçilən
21
5
az.trend.az

8Mənbələr