ABŞ prezidenti Donald Tramp təqribən iki həftə ərzində ölkələrə tarif dərəcələrini ehtiva edən razılaşma məktubları göndərməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Tramp ticarət danışıqları üçün verilən müddətin uzadılmağına ehtiyac olmadığını bildirib. O qeyd edib ki, ölkələrə bu barədə məktublar göndərəcəklər: "Razılaşma budur. Qəbul edə də bilərsiniz, etməyə də. ABŞ-la ticarət etmək məcburiyyətində deyilsiniz”.
Bir çox ölkənin ABŞ ilə razılaşmaq istədiyini vurğulayan Tramp Yaponiya, Cənubi Koreya və bir çox başqa ölkə ilə danışdıqlarını bildirib.