AZ

Tramp: Putin Ukraynadakı itkilərə əhəmiyyət vermir

Tramp:

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibə zamanı itkilərə əhəmiyyət vermir”.

Reyting.az
-ın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Aparacının “ABŞ-nın Rusiya və Ukraynanı müharibəni dayandırmağa məcbur etmək üçün hansı “təsir imkanlarına” malik olması” ilə bağlı sualını cavablandıran Tramp deyib ki, Moskva hər həftə 5 min əsgər itirir.

“Bəlkə də onun (Vladimir Putin) vecinə deyil, mən düşünməyə başlayıram ki, onun vecinə deyil. O, çoxlu əsgər itirir, Ukrayna da. Bundan sonra nə olacağını görəcəyik”,- Tramp əlavə edib.

O, həmçinin qeyd edib ki, guya Ukrayna ilə Rusiya arasında müəyyən irəliləyiş əldə olunub, lakin sonra “bombalamamalı olduqlarını bombalayıblar”. Bu isə irəliləyişi dayandırıb.

ELÇİN

Seçilən
6
1
reyting.az

2Mənbələr