AZ

Vətən müharibəsindəki qələbəmiz türk dünyasının daha da sıx birləşməsi üçün yeni perspektivlər açıb - Sahibə Qafarova

Bakı. Trend:

Türk ailəsinin fəal üzvü kimi Azərbaycan türk dünyasınınbirliyinin daha da güclənməsi üçün düşünülmüş tədbirlər həyatakeçirir.

Trend xəbərverir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova iyunun12-də Astana şəhərində keçirilən TÜRKPA-nın 14-cü plenar iclasındaçıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Türk dövlətləri ilə ikitərəfli vəçoxtərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xaricisiyasətinin prioritet istiqamətlərindən biridir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi iləxalqımızın İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatınəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsibütün türk dünyası üçün tarixi nailiyyət olub.

Bu böyük qələbələr Azərbaycan torpaqlarının işğalına sonqoymaqla yanaşı, həm də ümumi regionumuzda yeni geosiyasireallıqlar formalaşdırıb və türk dünyasının daha da sıx birləşməsiüçün yeni perspektivlər açıb. Enerji, nəqliyyat, tranzit və digərsahələr üzrə mövcud potensialdan maksimum istifadə, yeni əməkdaşlıqformatlarının tətbiqi türk dövlətlərinin iqtisadi birliyinin dahada möhkəmlənməsini təmin edəcək.

Seçilən
1
4
az.trend.az

5Mənbələr