AZ

Almaniyanın müdafiə naziri qəfil Kiyevə gəldi: Məqsədi nədir?

Almaniyanın müdafiə naziri Boris Pistorius elan olunmamış səfərlə Kiyevə gəlib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazir yerlərdə vəziyyətlə tanış olmaq və Ukrayna rəhbərliyi ilə ölkəyə yeni hərbi yardımın göstərilməsini müzakirə etmək niyyətindədir.

Onun sözlərinə görə, Almaniya Ukraynanı dəstəkləmək üçün hər şeyi edir. O əlavə edib ki, Kiyev Moskvanın “ciddi danışıqlara hazır olacağı” mövqedə olmalıdır.

"Əlbəttə, biz Almaniya və digər avropalıların gələcəkdə dəstəyinin necə olacağı, məsələn, sənaye əməkdaşlığı sahəsində nə edə biləcəyimiz, eləcə də digər yardım növləri barədə danışacağıq", - Pistorius bildirib.

Seçilən
15
publika.az

1Mənbələr