AZ

İşsiz tibb işçilərinə şad xəbər

BAKI, 12 iyun. TELEQRAF

Hazırda işsiz olan tibb işçiləri sertifikasiya imtahanında iştirak edə bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, imtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini, diplom və ya ixtisas şəhadətnaməsini, əmək kitabçasını və ya kadrlar şöbəsində təsdiq edilmiş surətini Sertifikasiya Şurasının inzibati binasına təqdim edərək buraxılış vərəqəsini əldə edə bilərlər.

Qeyd edək ki, sertifikasiya imtahanına hazırlıq məqsədilə Sertifikasiya Şurasının inzibati binasında həftənin 5-ci günləri saat 14.00-da bütün ali və orta tibb ixtisasları üzrə sınaq imtahanları keçirilir.

Seçilən
46
18
teleqraf.com

10Mənbələr