AZ

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb

BAKI, TurkicWorld

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, Hindistanın Əhmədabad şəhərində Air India aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində İngiltərənin Birmingem şəhərinə uçan zaman 200-dən çox sərnişin olub.

Qəzanın səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib. Hadisə yerinə təcili yardım və axtarış-xilasetmə qrupları cəlb olunub. Sərnişinlərin vəziyyəti və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, Air India Hindistanın milli aviadaşıyıcısı olaraq beynəlxalq uçuşlar həyata keçirən ən böyük hava yollarından biridir.

Seçilən
46
turkic.world

1Mənbələr