AZ

BMT: Qlobal ət istehsalı artacaq, qiymətlər bahalaşacaq

BAKI, 12 iyun. TELEQRAF

2025-2026-cı illərdə buğda istehlakının artım tempi istehsaldakı cüzi artımı üstələyəcək. Bu xüsusilə əsas ixracatçı ölkələrdə qlobal buğda ehtiyatlarının azalmasına səbəb olacaq.

Teleqraf Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Ərzaq Bələdçisi" hesabatına istinadən xəbər verir ki, qlobal buğda ticarətinin əvvəlki mövsümdəki azalmadan sonra qismən bərpası proqnozlaşdırılır. Bu da əsasən Asiyadan gözlənilən idxal tələbatının artımı ilə bağlıdır.

Qlobal ət istehsalının 2025-ci ildə cüzi artacağı proqnozlaşdırılır. Artım əsasən quş əti istehsalının davamlı artımı ilə əlaqədardır.Qlobal ət ticarətinin də artacağı gözlənilir. Bu amillər beynəlxalq ət qiymətlərinin daha da yüksəlməsinə təsir göstərə bilər.

20225-ci ildə dünya üzrə şəkər istehsalının əsas istehsalçı ölkələrdə gözlənilən azalmalar fonunda geriləyəcəyi və qlobal istehlak səviyyəsindən aşağı düşəcəyi proqnozlaşdırılır. Bunun fonunda şəkər istehlakının cüzi artacağı gözlənilir.

Seçilən
20
teleqraf.com

1Mənbələr