“Atletik”in futbolçusu Niko Uilyams karyerasını Almaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Bavariya” ispan vingerin xidmətində maraqlıdır. Bu barədə “Sky De” nəşri məlumat yayıb. Münhen klubu 21 yaşlı oyunçu üçün danışıqlara başlayıb.
Niko “Bavariya”dan 20 milyon avro maaş tələb edir.
Uilyams başa çatan mövsümdə La Liqada 29 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.