Vaşinqton ştatının Spokane şəhərinin meri Lisa Braun etirazlar fonunda şəhərdə komendant saatı elan edib. Qərar iyunun 11-də qəbul edilib.
Məhdudiyyətlər saat 21:30-dan etibarən yerli vaxtla səhər 5-ə qədər davam edəcək.
Meriyanın mətbuat xidmətindən verilən məlumata görə, komendant saatı şəhərin bəzi mərkəzi ərazilərində qüvvədə olacaq. İstisna hüquq-mühafizə orqanlarının əməkdaşları, fövqəladə halların qarşısının alınması xidmətləri və kütləvi informasiya vasitələri ilə yanaşı, həmin ərazidə yaşayan sakinlər və işə getməli olanlar üçün də edilib.
Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə qarşı etiraz aksiyaları başlayıb.
Onlar polislə toqquşmaya çevrilib. Cənab Tramp Kaliforniyaya Milli Qvardiya qoşunlarını göndərdi. Bundan sonra ştatın qubernatoru Qavin Nyusom prezidentə qarşı iddia qaldırıb. İyunun 11-də Los-Ancelesdə komendant saatı tətbiq edilib.
//Samir Qurbanov, Editor.az