Kiprin “Apollon” klubundan Sessi D’Almeydanı heyətə qatan “Neftçi” bu komandadan daha bir oyunçunu istəyir.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” komandanın fransız yarımmüdafiəçisi Şarl Boli ilə danışıqlara başlayıb.
Tərəflər artıq ilkin razılıq əldə ediblər. Əslən Fil Dişi Sahilidən olan 26 yaşlı oyunçu tezliklə Bakıya gəlməlidir.
Qeyd edək ki, Boli 2024-cü ildə “Apollon”a transfer olunub. Burada o, 19 qarşılşmada meydana çıxıb, 1 dəfə fərqlənməyi bacarıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta