Hindistanda baş verən təyyarə qəzasında ölən və yaralılarla bağlı hələlik rəsmi məlumat yoxdur.
Yenisabah.az xəbər verir ki, geniş gövdəli "Boeing 787 Dreamliner" təyyarəsi təxminən 300 sərnişin tutumuna malik olub.
Xilasetmə işlərini həyata keçirmək üçün qəza yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
Qəza Əhmədabad aeraportu yaxınlığında baş verib.
"Air India" aviaşirkətinə məxsus, Londona istiqamətlənən təyyarədə ilkin məlumata görə, 242 nəfər olub.
Telegram kanalımız