AZ

Məleykə Abbazasə repetitorlardan danışdı: "özələrini reklam edirlər..."

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial şəbəkələrdə və “YouTube” platformasında bəzi repetitorların özlərini DİM-lə əməkdaş kimi təqdim etməsi haqqında danışıb.

Modern.az xəbər verir ki, M. Abbaszadə bu cür halların araşdırıldığını və reallığı əks etdirmədiyini deyib:

“Bir müəllim repetitorluq edirsə, o bizimlə əməkdaşlıq etmir. Çünki bizimlə əməkdaşlıq edən insanların kifayət qədər iş yükü var, bununla əlaqədar da əmək haqqı alırlar və özlərini repetitor kimi reklam edəndə göstərirlər ki, biz Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edirik. Hansı ki, bu cür hallar Yutub və sosial şəbəkələrdə də qarşımıza çıxır və bazada axtarırıq, görürük ki, bu adam heç bizimlə əməkdaşlıq etməyib. Ola bilsin ki, 15 il əvvəl bizə 3 sual verib” - deyə "Baku TV"yə müsahibəsində qurum rəhbəri qeyd edib. 
 

Seçilən
16
2
modern.az

4Mənbələr