Milli Olimpiya Komitəsi (MOK) Azərbaycan idmançılarının keyfiyyətini itirən və geri qaytarılan medalları ilə bağlı Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsindən konkret cavab almayıb.
Bunu MOK-un vitse-prezidenti Çingiz Hüseynov İK-nın iclasından sonra mətbuata açıqlamasında deyib.
O Paris-2024-də verilən medalların dəyişdirilməsi ilə bağlı lazımi işləri gördüklərini bildirib:
"Proseslə bağkl lazımlı işləri görmüşük. Bütün məlumatları beynəlxalq olimpiya komitəsinə təqdim eləmişik. Beynəlxalq Olimpiya Komitəsi bu məsələni Paris oyunlarının təşkilat komitəsinə yönəldib. Təşkilat komitəsi demək olar ki, artıq fəaliyyət göstərmir. Onun bəzi qurumları qalıb. İndi bu qurumlar məsələ ilə məşğuldurlar. Biz hələ konkret cavab almamışıq. Amma söz veriblər ki, bu məsələni həll edəcəklər".