AZ

Almaniyanın müdafiə naziri Kiyevə gəlib

Almaniyanın müdafiə naziri Boris Pistorius danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə gəlib.

Bu barədə “Spiegel” nəşri məlumat yayıb. Qeyd olunur ki, Pistorius Ukraynadakı vəziyyətlə tanış olmaq və hökumət nümayəndələri ilə Rusiyanın hücumuna məruz qalan ölkəyə gələcək hərbi yardımı müzakirə etmək istəyir.

Nəşr nazirin Ukraynaya səfəri öncəsi dediyi sözlərdən sitat gətirir: “Biz Ukraynanı dəstəkləmək üçün mümkün olan hər şeyi edirik ki, o, özünü müdafiə edə bilsin və Rusiyanın ciddi danışıqlara hazır olduğu mövqeyə gələ bilsin”.

//Samir Qurbanov, Editor.az

Seçilən
33
editor.az

1Mənbələr