AZ

Hindistanda göyərtəsində 240-dan çox sərnişinin olduğu TƏYYARƏNİN QƏZA ANI - YENİLƏNİB + VİDEO

Xəbər verdiyimiz kimi,  Hindistanın Əhmədabad hava limanında  242 nəfəri daşıyan sərnişin təyyarəsi qəzaya düşüb. 
 
Moderator.az hadisə anının görüntüsünü təqdim edir.  

13:06

 

Hindistanda baş verən təyyarə qəzasında ölən və yaralılarla bağlı hələlik rəsmi məlumat yoxdur.
 
Moderator.az xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat dərc edib. 
 
Bildirilir ki, qəzaya uğrayan geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarəsi təxminən 300 sərnişin tutumuna malik olub.
 
12:53
 
Hindistanın Əhmədabad hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb. 
 
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki,  təyyarədə 242 sərnişinin olduğu bildirilir.  
 
Qəza yerinə ən azı 12 təcili yardım maşını gəlib. Polis hava limanı ətrafındakı ərazidə nəqliyyatın hərəkətini bağlayıb.
 
İlkin məlumata görə, təyyarə Londona uçurmuş və asfaltda adi əməliyyatlar zamanı qəzaya uğrayıb.
Seçilən
43
moderator.az

1Mənbələr