"Liverpul" klubu Florian Virts transferini bitirdikdən sonra Bredli Baekolyanı da heyətinə qatmağı düşünür.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi bu keçidi bəzi oyunçularını PSJ-yə verərək bitirməyi planlaşdırır.

Bu barədə "Sun Sport" məlumat yayıb.

Barkolya 2023-cü ilin yayından PSJ-də çıxış edir. O, cari mövsümün son oyunlarında əsas heyətdəki yerini itirib.

Buna baxmayaraq 22 yaşlı vinger 58 oyunda 21 qol vurub və 19 məhsuldar ötürmə etməyi bacarıb.