Hurriyyet.az xəbər verir ki, Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad şəhərinin aeroportunun yaxınlığında təyyarə qəzası baş verib. Təyyarə yaşayış rayonuna düşüb.
"Air İndia" şirkətinin təyyarəsi Londona səfərə hazırlaşırmış.
Hindistanın mülki aviasiya tənzimləyicisi DGCA qəzaya uğrayan təyyarənin göyərtəsində iki pilot və 10 stüardessa da daxil olmaqla 242 nəfərin olduğunu bildirib: "Təyyarənin göyərtəsində iki pilot və 10 ekipaj üzvü də daxil olmaqla ümumilikdə 242 nəfər olub".
Qəza yerinə gedən yollar bağlanıb. Hadisə yerində təcili yardım qrupları işləyir.
Hürr Tərcüman