AZ

Yüzminlik Ağdam yenidən qurulur

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İşğaldan qurtulmuş yurdlarımıza həyat qayıdır – 140 min vətəndaş geri dönəcək

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 

İşğaldan azad edilmiş torpaqlarımız doğmalarının nəfəsi ilə yenidən canlanır. "Böyük Qayıdış" Proqramı çərçivəsində həyata keçirilən islahatlar nəticəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən qurulur, infrastruktur yenilənir, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır. Həmçinin, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar. Həyata keçirilən genişmiqyaslı bərpa- quruculuq işləri yüksək səviyyədə davam etdirilir. 

Qarabağ və Şərqi Zəngəzurda 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Artıq 40-a yaxın su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq. Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan quruculuq işləri sürətlə aparılır. İşğaldan azad edilmiş ərazilərdə artıq 6 avtomobil yolunun tikintisi başa çatdırılıb. Yol-nəqliyyat infrastrukturuna aid 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub. Bu inkişaf dəmir yol infrastrukturuna da aiddir. Belə ki, Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihələndirmə işləri bitib və tikinti işləri davam etdirilir. Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatıb. Ağdam avtovağzal və dəmir yolu vağzalı kompleksinin tikintisi həyata keçirilir. Eyni sevindirici sözləri ölkəmizin hava yolları haqqında da söyləmək olar. İstifadəyə verilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları ölkəmizdə əsas gəlirli sahələrdən olan turizmin inikşafına da diqqəti artıracaq. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bölgələrdə sənaye müəssisələrinin yaradılması da proqram əsasında həyata keçirilir. İqtisadi inkişaf sahəsində yaşıl enerjidən, o cümlədən bərpaolunan enerjidən səmərəli istifadə əsas sahə kimi diqqətdə saxlanılır. Artıq Şərqi Zəngəzur, Qarabağ, Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonasına çevrilir. Vətən müharibəsindən ötən 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara verilib. 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Təkcə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Şərqi Zəngəzur və Qarabağda yaradılan sənaye zonaları da bölgədə inkişafın intensivliyini artırır. Dövlət başçımızın fərmanları ilə yaradılan, Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük sənaye mərkəzi hesab edilən Ağdam Sənaye, Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında sahibkarlara əlverişli şərait, insanlar üçün yeni iş yerləri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Sevindirici haldır ki, Ağdam Sənaye Parkında istehsal olunan məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da geniş satışı həyata keçirilir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri və digər istiqamətlər üzrə müəssisələr fəaliyyət göstərir. 

Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, Şərqi Zəngəzura, Qarabağa Böyük Qayıdış Proqramı üzrə köç davam edir. Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli şəhərində, Şuşa şəhərində, Laçın şəhərində və rayonun Sus, Zabux kəndlərində, Cəbrayıl şəhərində, Xocalı şəhərində və rayonun Ballıca kəndində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. İlin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünün yerləşdirilməsi planlaşdırılır. Digər bir məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər" və "ağıllı kənd” konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası davam etdiriləcək. Maliyyə Nazirliyindən verilən məlumata görə, bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək və turizm infrastrukturu bərpa olunacaq. Bildirilib ki, bununla yanaşı, bölgənin tranzit potensialından faydalanmaq üçün qabaqcıl infrastrukturun qurulması, “ağıllı” biznes modellərinin yaradılması və səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi nəzərdə tutulur. Qeyd olunur ki, kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sisteminin qurulması da nəzərdə tutulan tədbirlər sırasındadır: “Bölgənin ölkə iqtisadiyyatının tərkibinə reinteqrasiyası məqsədilə ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaqdır. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək və mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaqdır. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və qiymət rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq". Məlumatda vurğulanıb ki, ilkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət-xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonalar, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələri yaradılacaq. İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək. Prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaq. Nəticədə ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq".

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Millət vəkili Azər Badamov "Şərq"ə deyib ki, dövlətimiz ilk gündən etibarən öz iqtisadi gücü hesabına yenidənqurma-bərpa işləri aparır. Deputat vurğulayıb ki, cənab Prezidentin sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən "Böyük Qayıdış"a dair dövlət proqramı çərçivəsində 2026-cı ilədək 140 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına geri dönəcək: 

"Bu proses sürətlə davam etdirilir və hər il dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılır. Bugünədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işlərinə 23 milyard manat vəsait ayrılıb. Məhz görülən işlərin nəticəsidir ki, bu gün işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzur rayonlarının yol infrastrukturu müasirləşib, başa çatmaq üzrədir. Əsas istiqamətlərdə müasir avtomobil yolları tikilib. İki beynəlxalq hava limanı istifadəyə verilib, artıq üçüncü hava limanının tikinti işləri başa çatmaq üzrədir. O cümlədən Ağbəndədək dəmiryollarının çəkilməsi, Ağdamı, Bərdəni, Xankəndini birləşdirən yolların çəkilməsi, yenidən qurulması istiqamətində işlər görülür. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda sosial infrastrukturun yaradılması da sürətlə aparılır". 

Parlament üzvü vurğulayıb ki, son dönəmlərdə davamlı olaraq insanlarımızın qrup-qrup öz yurdlarına geri dönüşünün, orada məskunlaşmasının şahidi olmaqdayıq: 

"Novruz bayramı günlərində cənab Prezident Ballıca kəndinə səfər etdi və orada sakinlərlə görüşdü. Ramazan bayramı günündə isə dövlət başçısı Ağdamın Sarıcallı kəndində oldu. Bu gün yüzminlik Ağdam şəhəri yenidən tikilir. Ağdamda daş-daş üstə qalmamışdı, amma indi orada müasir, yeni yaşayış kompleksləri ucaldılır. Yaxın dövrdə Ağdama keçmiş məcburi köçkünlərin qayıtmasını görəcəyik. O cümlədən, Füzuli şəhərinə də mərhələli şəkildə köçlər davam edir. Şuşa şəhəri mərhələli şəkildə yenidən qurulur. Milli-tarixi üslubu qorunub saxlanılmaqla binalar yenilənir, məktəblər, tibb müəssisələri açılır. İndiyədək 13 mindən çox keçmiş məcburi köçkün öz yurdlarına geri dönüb, öz torpaqlarında, evlərində firavan həyatlarını davam etdirirlər. Bu, təbii ki, ilk növbədə Azərbaycan dövlətinin gücüdür. Cənab Prezidentin mütəmadi Qarabağ və Şərqi Zəngəzura səfərləri, orada aparılan işlərə birbaşa nəzarəti çox mühüm məqamdır. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura yüzlərlə səfərləri reallaşıb. Nəzərə alaq ki, cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində yeni obyektlərin, yolların təməli qoyulur, yaxud açılışı edilir. Ümumən, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir və hərtərəfli infrastruktur qurulur. Bu da Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi-sosial dirçəlişinə və inkişafına səbəb olur".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
sherg.az

2Mənbələr