AZ

“Görmək istədiyim azı yetmiş futbolçu var”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti yeni vəzifəsində ilk qələbəsin Paraqvay yığması üzərində rəsmiləşdirərək 2026-cı il dünya çempionatına vəsiqəni təmin edib.

90deqiqe.Az xəbər verir ki, "derbyderbyderby.it" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“İlk növbədə, yaşamaq üçün yer tapmalıyam. Daha sonra Klublararası Dünya Çempionatında iştirak etmək planımız var. Görmək istədiyim oyunçuların uzun siyahısı var – azı yetmiş nəfər. Hər birini qiymətləndirmək üçün zamana ehtiyacım olacaq. Hələ ilkin siyahı formalaşdırmamışam, lakin çağırdığım futbolçuların münasibəti məni çox sevindirdi.”

Xatırladaq ki, Karlo Ançelotti milliyə başçılıq etməzdən əvvəl “Real Madrid”in baş məşqçisi olub.

Seçilən
39
90deqiqe.az

1Mənbələr