Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.
BAKU.WS bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 14,4 % artaraq 417,7 milyon ABŞ dolları olub.
Bundan başqa, hesabat dövründə kimya sənayesi məhsullarının ixrac dəyəri 46,8 milyon ABŞ dolları və yaxud 45,9 %, şəkərin ixrac dəyəri 3 milyon ABŞ dolları və yaxud 30,1 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 3,8 milyon ABŞ dolları və yaxud 11,3 %, meyvə-tərəvəzin ixrac dəyəri 48 milyon ABŞ dolları və yaxud 19,1 %, pambıq ipliyin ixrac dəyəri 1,3 milyon ABŞ dolları və yaxud 14,5 % artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 17,2 % artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 5,9 % artaraq 115,6 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 14 % artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.