"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç 2025-ci il klublararası dünya çempionatından sonra tibbi müayinədən keçəcək və "Milan"a transferini rəsmiləşdirəcək.
90deqiqe.Az xəbər verir ki, beynəlxalq turnirin sonuna qədər heç bir rəsmi addım atılmayacaq - xorvatiyalı futbolçu son dəqiqəyə kimi diqqətini "Real"da oynamağa yönəltmək niyyətindədir.
Daha əvvəl mətbuatda 39 yaşlı Modriçin İtaliya klubu ilə ilkin razılığa gəldiyi və 2026-cı ilin iyun ayına qədər müqavilə imzalayacağı barədə xəbərlər yayılmışdı
.2025-ci il klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.Turnirdə "Real Madrid" də daxil olmaqla 32 komanda iştirak edəcək.