"Rusiya diplomatları qəzaya uğrayan "Air India" təyyarəsinin göyərtəsində Rusiya vətəndaşlarının olub-olmadığını araşdırır" .
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Qeyd edək ki, bu gün Hindistanda içərisində 242 nəfərin olduğu təyyarə qəzaya uğrayıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.