AZ

Azərbaycanlı nazir müavini: İnsanlıq tarixdə heç vaxt bu qədər yaxşı şəraitdə yaşamayıb

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"İqlim dəyişikliyi probleminin əsas səbəbi enerji sektoru deyil".

Oxu.Az xəbər verir ki, bu fikri energetika nazirinin müavini Elnur Soltanov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında səsləndirib.

O bildirib ki, insanlıq tarixdə heç vaxt bu qədər yaxşı şəraitdə yaşamayıb və bu, ölkələrin iqtisadi inkişafı ilə bağlıdır:

"Lakin inkişaf sənaye inqilabı ilə yanaşı, böyük miqdarda enerji istehlakını da tələb edib. İqlim dəyişikliyini təkcə enerji ilə əlaqələndirmək doğru deyil".

Onun sözlərinə görə, atmosferə atılan tullantıların 30%-i kənd təsərrüfatı, tullantı sektoru və digər sənaye sahələrinin payına düşür:

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

"Məsələn, sement istehsalı zamanı karbon dioksid buraxılır və bu, yaşıl enerji ilə də qarşısı alınmayan prosesdir".

Nazir müavini əlavə edib ki, tullantıların əsas mənbəyi inkişaf etmiş ölkələrdir:

"Çünki iqtisadiyyat böyüdükcə karbon izi də artır. Bu emissiyaların qarşısını almaq mümkündür, lakin bu, çox böyük maliyyə tələb edir. Daha təmiz iqlim üçün daha çox vəsait xərclənməlidir".

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr