"Arsenal"ın və İspaniya millisinin qapıçısı David Raya bu yay həyatımın ən vacib "oyunlar"ından birinə – öz toyuna hazırlaşır.
Publika.az xəbər verir ki, o, toyqabağı Las Veqasda səs-küylü bir subaylıq gecəsi təşkil edib. "Günahlar şəhəri"nə Raya yaxın dostları, qardaşı Oskar və La Liqada çıxış edən futbolçular - "Xetafe"dən Dieqo Riko, "Rayo Valyekano"dan Adri Embarba və Unay Lopeslə birgə yollanıb.
Dostları təkcə meydanda deyil, həm də bu qeyri-adi macərada onu dəstəkləyiblər. Qrup Las Veqas küçələrində "Arsenal" forması ilə gəzərək, şəkillər çəkdirib və əyləniblər.
Ən böyük sürpriz isə Rayanın özü olub. ABŞ-a gəlməzdən əvvəl qolkiper stüardessa obrazında görüntülənib. O, təyyarədə sərnişinlərə şirniyyat paylayaraq, səmada belə əyləncə təşkil edib.