Ali təhsil müəssisələrinin (dövlət və özəl) magistratura səviyyəsinə qəbul olan məzunlarının bakalavrların sayı təqdim edilib.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Universitetlər arasında magistratura səviyyəsi üzrə ən çox qəbul plan yeri Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) payına düşür. Belə ki, burada 2480 plan yeri ayrılıb.
Azərbaycan Texniki Universiteti (AzTU) II sıra (2063 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) III sıra (1502 yer), Bakı Dövlət Universiteti (BDU) IV yer (1436 yer) və Azərbaycan Memarlıq və İnşaat Universiteti isə V sırada (1077) yer alıb.