AZ

Hindistanda təyyarə qəzaya uğradı - 40 nəfər həlak olub

Hindistan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 40 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan mənbələri məlumat yayıb.

Təyyarə qəzaya uğrayarkən göyərtəsində ümumilikdə 242 nəfərin olduğu bildirilir. Onlardan 169-u Hindistan, 53-ü Böyük Britaniya, 1-i Kanada və 7-si Portuqaliya vətəndaşıdır.

Hindistanın aidiyyəti qurumları hələ də qəzanın səbəbini təsdiqləməyiblər.
Seçilən
66
sherg.az

1Mənbələr