Hindistanın "Boeing" təyyarəsinin qəzaya uğramasının təfərrüatları məlum olub
Ucnoqta.az xəbər verir ki, təyyarə havaya qalxdıqdan dərhal sonra həyəcan siqnalı verilib
Air India bildirb ki, təyyarə Əhmədabaddan London "Qatvik" hava limanına AI171 reysini yerinə yetirirdi.
Hindistan Mülki Aviasiya Baş Müdirliyi qeyd edib ki, təyyarədə 10 stüardessa və 2 pilot olmaqla 232 nəfər olub.
Flight Radar-ın məlumatına görə, havaya qalxdıqdan bir neçə saniyə sonra, təyyarə 190 metr hündürlüyə çatanda təyyarədən gələn siqnal yoxa çıxıb.
Mülki Aviasiya Baş Müdirliyi (DGCA) açıqlamasında qeyd edib ki, təyyarə Hindistan Standart Saatı ilə saat 13:39-da havaya qalxıb və MAYDAY siqnalını ötürüb - radio rabitəsində həyatı təhdid edən ciddi fövqəladə vəziyyəti göstərmək üçün istifadə edilən beynəlxalq təhlükə siqnalıdır.