AZ

Azərbaycanın şampun aldığı əsas ölkələr

2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 2231,84 ton şampun idxal olunub.
Valyuta.az xəbər verir ki, bu məhsulların ölkəyə gətirilməsi üçün ümumilikdə 7459,15 min ABŞ dolları məbləğində vəsait xərclənib.

Məlumata görə, hesabat dövründə ölkəyə ən çox şampun idxalı Türkiyə, Rusiya, İsrail, Rumıniya, Ərəb Əmirlikləri və Çindən olub.

İdxal olunan şampunlar üzrə ilk sırada Türkiyə qərarlaşıb. Bu ölkədən 849,58 ton məhsul idxal edilib və buna görə 2230,72 min dollar ödənilib. Beləliklə, 1 kiloqram məhsulun orta idxal qiyməti 2,6 dollar və ya 4,4 manat olub.

Daha sonra Rusiya gəlir – 448,12 ton şampun üçün 1632,15 min dollar xərclənib. Bu ölkədən idxal olunan 1 kiloqram məhsulun dəyəri 3,6 dollar və ya 6,19 manat təşkil edib.

İsraildən 252,12 ton həcmində şampun alınıb və bunun dəyəri 377,91 min dollar olub. Hər kiloqramın orta qiyməti 1,5 dollar və ya 2,5 manat səviyyəsindədir.

Rumıniya da əsas idxalçı ölkələrdən biri olub. Bu ölkədən 202,59 ton məhsul gətirilib və bu idxalın dəyəri 978,18 min dollar təşkil edib. 1 kiloqram şampunun qiyməti 4,8 dollar və ya 8,2 manat olub.

Birləşmiş Ərəb Əmirliklərindən 95,78 ton məhsul idxal olunub. Ümumi dəyəri 547,34 min dollar olan bu məhsullar üzrə kiloqramına düşən orta qiymət 5,7 dollar və ya 9,7 manatla ən yüksək göstərici olub.

Çindən isə 93,93 tonluq məhsul idxal edilib. Bu məhsullar üçün 280,37 min dollar ödənilib. 1 kiloqram şampunun qiyməti 2,99 dollar və ya 5,07 manat təşkil edib.

Sərvanə Rəmixanova

Seçilən
38
valyuta.az

1Mənbələr