AZ

Türkiyə Quru Qoşunları yeni silah və kamera sistemlərini inventarına daxil edib

Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda avtomat, termal və gündüz kameraların qəbul fəaliyyətlərini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Qeyd olunub ki, qəbul fəaliyyətləri tamamlanan 5.56 mm-lik SAR-56 avtomatları, “Dragoneye-2” termal kameraları, modul gündüz kameraları inventara daxil edilib.

Seçilən
52
poliqon.az

1Mənbələr