AZ

Uşaqlarda allergiya yaradan qidalar hansılardır?

Uşaqların sağlam böyüməsi üçün düzgün və balanslı qidalanma vacibdir. Lakin bəzi qidalar uşaqlarda allergik reaksiyalara səbəb ola bilər. Allergiya orqanizmin müəyyən maddələrə qarşı verdiyi həddindən artıq immun reaksiyasıdır və bu, xüsusilə kiçik yaşlı uşaqlarda ciddi narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən valideynlərin uşaqlarda allergiya yarada biləcək qidalar barədə məlumatlı olması çox önəmlidir.

Uşaqlarda allergiya yaradan qidalar hansılardır?

Pediatr Aytən İsmayılzadə mövzu ilə bağlı Operativ Media-ya açıqlama verib:

“Əgər uşaqda alergiya varsa, biz onu bu qidalardan uzaq tutmalyıq".

Allergiya riskini çoxaldan qidalar bunlardır:

•Paketlənmiş məhsullar
•Dərmanlı meyvələr
•Çiyələk
•Bal
•İnək südü
•Qaymaq
•Smetan
•Yüksək qlutenli buğda məhsulları
•Sitrus meyvələri
•Araxis


“Uşaqda bunlara qarşı həssaslıq varsa, bu qidalardan uzaq tutmalyıq. Allergiya testi verilir, lakin mən bu testə qarşıyam. Əsasən müşahidə etmək lazımdır. Potensial allergenlərdən uzaq olmaq lazımdır. Potensial allergen məhsullar yuxarıda sadaladıqlarımızdır”. 

Fəsadlar:
•Uşaqlarsa topik dermasit varsa artır;
•Öskürək;
•Braxial asma varsa, kəskinləşir;
•Mədə-bağırsaq formasındadırsa, mədə ağrıları, qarın ağrıları, qəbzlik artır.

Seçilən
23
operativmedia.az

1Mənbələr