AZ

Gürcüstanda qrantlarla bağlı sərt qanun qəbul edildi

TBİLİSİ, 12 iyun. TELEQRAF

Gürcüstan parlamenti “Qrantlar haqqında” Qanuna düzəlişləri qəbul edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, qanun layihəsini 84 deputat dəstəkləyib.

Düzəlişlərə əsasən, texniki və mütəxəssis köməyinin alınması, həmçinin təcrübə mübadiləsi üçün hökumətin və yaxud səlahiyyətli nümayəndənin razılığı tələb olunacaq.

Razılığın alınması üçün müraciətə 10 gün müddətində cavab veriləcək, apellyasiya qərarı hökumətin qərarını qüvvədən salmayacaq. Qrantın razılıqsız əldə edilməsi qadağan olunacaq. Qadağaya əməl etməyənlər qrantın həcminin iki misli məbləğində cərimə ediləcək.

İcazəsiz qrantların verilməsi və alınmasına nəzarət Korrupsiyaya qarşı Mübarizə Bürosuna həvalə olunub.

Seçilən
49
teleqraf.com

1Mənbələr