UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edəcək "Zirə" rəhbərliyi qapıçı Anar Nəzirovla yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli futbolçu ilə başa çatan razılaşmanın müddəti 1 illiyə uzadılıb.

Bu il sentyabrın 8-də 40 yaşını tamamlayacaq Anar 2021-ci ildən "Zirə"nin şərəfini qoruyur. O, 2024/2025 mövsümündə cəmi 2 matçda iştirak edib.

Qeyd edək ki, Nəzirov vaxtilə Azərbaycan milli komandasının da  formasını geyinib (4 oyun).