Xəbər verdiyimiz kimi, Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin qəzaya uğraması nəticəsində azı 40 nəfər həyatını itirib.
Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, bir neçə nəfər sağ qalıb.
Hadisə yerində xilasedicilər və təcili yardım xidmətləri çalışır. Bir neçə yaralı xəsarət almış vəziyyətdə xərəkdə təxliyə olunub. Qəza nəticəsində təyyarənin qalıqları yaşayış binalarının üzərinə düşüb, yanğın baş verib.
Məlumata görə, Londonun Qətvik hava limanına uçan təyyarənin göyərtəsində Qucerat ştatının sabiq baş naziri Vija Rupani də olub. Onun taleyi hələlik məlum deyil.
Qeyd olunub ki, bu qəza "Boeing 787 Dreamliner" modelinin ilk ölümcül hadisəsi hesab olunur. Sözügedən hava gəmisi 2013-cü ildən istismardadır və təxminən 11,5 yaşı var.
Musavat.com