Ağdam. Trend:
Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindəncari ilin I rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsalıhəyata keçirilib.
Trend xəbərverir ki, bu barədə iyunun 12-də İqtisadiyyat Nazirliyinintabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığıilə Ağdam Sənaye Parkına təşkil olunan mediatur zamanı məlumatverilib.
Məlumata əsasən, 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübüdaxil olmaqla 85 milyon manatlıq məhsul istehsal olunub.
İstehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı,ixrac edilməsi istiqamətində də uğurlar əldə edilməkdədir.
Belə ki, Ağdam Sənaye Parkının rezidenti “Bafco İnvest” MMCbugünlərdə Qazaxıstana xüsusi qoruyucu və poliuretan çəkmələrinixracına başlayıb. Bununla əlaqədar media mənsublarının da iştirakıilə tədbir keçirilib. Tədbir çərçivəsində Qazaxıstana 5 min cütayaqqabı göndərilib.
Almaniyanın Desma şirkətinin avadanlıqlarından istifadə edilənmüəssisənin illik gücü 510 min cüt ayaqqabı istehsalı təşkil edir.Şirkət tərəfindən 67 nəfər daimi işlə təmin edilib.
Qeyd edək ki, Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinininkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb.Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturlatəmin edilirlər.
Sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdənetibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən,həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların vəqurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azadolunurlar. Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlaracari ilin 1 iyun tarixinə qədər 126 təsdiqedici sənəd verilib, butəsdiqedici sənədlər əsasında sahibkarlar idxal olunan texnika vətexnoloji avadanlıqlara görə 8 milyon manatdan çox vəsaitə qənaətediblər.