Dünya çempionatına bir il qalınca, Visa azarkeşlərə eksklüziv təəssüratlar və təcrübələr bəxş etmək üçün futbolun ən istedadlı gənc ulduzlarından birini cəlb edir, bu da, qlobal yarış yaxınlaşdıqca. futbolsevərləri gözləyənlərin sadəcə başlanğıcıdır
Kanada, Meksika və ABŞ-da baş tutacaq FIFA 2026 Dünya Kubokuna™ düz bir il qalınca, dünyanın rəqəmsal ödəmələr lideri və futbolun uzunmüddətli dəstəkləyici Visa şirkəti bu gün elan etdi ki, futbolun ən parlaq gənc ulduzlarından biri Lamin Yamal onun həmin yarışdakı qlobal elçisi olacaq.
Bu əlamətdar hadisəni qeyd etmək və futbol tarixində ən böyük FIFA Dünya Kubokuna™ aparan yolda futbolsevərlərə unudulmaz anlar yaşatmaq arzusu ilə Visa, öz kart sahibləri üçün Lamin Yamal ilə Barselonada canlı görüşmək və avtoqraflı əşyalar əldə etmək kimi eksklüziv fürsətlər təqdim edəcək.
“Lamin – cəsarətli, coşqun, bol istedadlı – futbolun gələcəyini təmsil edir”, – deyərək Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika regionu üzrə baş marketinq direktoru Tarek Abdalla söylədi. – “Visa-da biz idmanın gücündən yararlanaraq, azarkeşlərlə daima sıx bağlantılar qurmağa çalışırıq. Visa-nın FIFA Dünya Kuboku 2026™ ambassadoru kimi, Lamin dünya üzrə milyonlarla futbolsevəri ilhamlandıracaq, gözəl oyunun könlünü və ehtirasını təcəssüm edəcək”.
Yamal inanılmaz oyunu və rekordları ilə bütün futbol dünyasını valeh edib. Futbol meydanındakı ustalığı, sürəti və iti baxışı onu əsil qlobal ulduza və oyunun gələcəyinin rəmzinə çevirib. Visa ilə tərəfdaşlıq barədə fikirlərini bildirərək, Lamin Yamal qeyd etdi: “Futbol sadəcə oyun deyil – o, insanlara sevinc bəxş edir, onları bir araya gətirir. Visa ilə birlikdə bu ehtirası paylaşmaq və insanları ruhlandırmaqdan qürur duyuram.”
FIFA-nın ödəmə texnologiyaları üzrə rəsmi tərəfdaşı kimi Visa, futbolun qüdrətindən faydalanaraq məhəlli proqramlardan qlobal turnirlərədək bütün dünyada əlçatanlıq və inklüzivliyin artımına təkan verir. İnnovativ təcrübələr, idmançılarla tərəfdaşlıqlar və kart sahibləri üçün müstəsna üstünlüklər vasitəsilə Visa azarkeşlər və oyunçular üçün imkanları daima genişləndirərək futbolun gələcəyinə yeni mənalar verir.