AZ

İran İsrailin hücumu zamanı cavab tədbirləri planı hazırlayıb- The New York Times

İran İsrailin hücumu zamanı cavab zərbəsi endirmək planı hazırlayıb.Vətəninfo.az xəbər verir ki , bu barədə “The New York Times” yazır.

NYT-nin məlumatına görə, İran hərbçiləri və hökumət rəsmiləri İsrailin mümkün hücumuna cavablarını müzakirə etmək üçün artıq bir araya gəliblər.

“Tehran yüzlərlə ballistik raketdən istifadə etməklə İsrailə qarşı dərhal əks-hücum təşkil edə biləcək cavab planı hazırlayıb”, – qəzetin mənbələri bildirib.Bir neçə mətbuatda İsrailin yaxın günlərdə İrana zərbə endirə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Öz növbəsində, İranın müdafiə naziri iyunun 11-də bəyan edib ki, İrana hücum edilərsə, o, regiondakı Amerika hərbi bazalarına zərbələr endirməklə cavab verəcək.

Bu gərginliklər fonunda ABŞ öz personalının bir hissəsini Yaxın Şərqdən çıxardığını elan edib. İran və ABŞ iyunun 15-də Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı üzrə danışıqların altıncı raundunu keçirəcək.

Seçilən
51
veteninfo.az

1Mənbələr