AZ

İranda balıqçı körpüsündə güclü yanğın - Onlarla qayıq külə döndü

İranın cənubundakı Parsiyan rayonunda balıqçı körpüsündə güclü yanğın baş verib.


Manset.az xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyi məlumatı yayıb.

Məlumata görə, hadisə nəticəsində 10-dan çox balıqçı qayığı yanaraq yararsız hala düşüb. Hazırda alovun yayılmasının qarşısını almaq üçün yanğınsöndürmə işləri davam etdirilir.

Hörmüzqan Balıqçılıq Müdirliyinin açıqlamasına görə, yanğın baş verən estakada balıqçılıq fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir və burada təxminən 70 qayıq fəaliyyət göstərir.

Seçilən
68
manset.az

1Mənbələr