“Hindistandan Londona uçarkən qəzaya uğrayan sərnişin təyyarəsində azərbaycanlıların olub-olmaması ilə bağlı hələki məlumat yoxdur”.
Bu barədə Bizim.Media -ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
O, araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Hindistanın Əhmədabad şəhərində sərnişin təyyarəsi yaşayış məntəqəsinə düşüb. Əhmədabaddan Londona uçan "Air İndia" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 230 sərnişin və 12 ekipaj üzvü olub. İlkin məlumata görə Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər həlak olub.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta