AZ

“İrəvan öz çirkin siyasətindən əl çəkmir”- Politoloq

“Ermənistan 2020-ci il Vətən Müharibəsində aldığı sarsıdıcı məğlubiyyətdən sonra davamlı olaraq silahlanmaya start verib. Rəsmi İrəvan tərəfdaşları vasitəsilə Fransa, Hindistan kimi ölkələrdən aldığı silahlarla arsenalını gücləndirir”- bu fikirləri Ulusal.az açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Fransa və Hindistan kimi ölkələrin İrəvana silah ötürməsinin arxasında geosiyasi maraqlar dayanır.

“Fransadan fərqli olaraq indi daha çox Hindistan öz silahlarını Ermənistana ötürür. Hindistan Avrasiya qitəsində, xüsusilə də Cənubi Qafqazda öz nüfuzunu artırmaq istəyir. Bu region Hindistanın Avropa və Rusiyaya ixracı üçün əsas keçid məntəqəsi ola biləcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi üçün xüsusi əhəmiyyət kəsb edir. Ermənistanla əlaqələrin dərinləşdirilməsi bu dəhlizin potensialından istifadə etməyə imkan verir. Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın Ermənistana silah tədarükündə yaranan boşluğu Hindistan doldurmağa çalışır. Ənənəvi olaraq Rusiyadan silah alan Ermənistan, yeni təchizat mənbələri axtarır və Hindistan bu ehtiyacı qarşılamaq üçün bir imkan görür. Sözsüz Hindistanın bu addımları Cənubi Qafqazda güc balansına təsir edir və bəzi tərəflər tərəfindən regionda gərginliyi artıran bir faktor kimi qiymətləndirilir. Həm də ağır məğlubiyyət almasına rəğmən rəsmi İrəvan hələ də öz çirkin siyasətindən əl çəkmir.”-deyə politoloq bildirib.

Seçilən
22
moderator.az

1Mənbələr