AZ

Arıqlamağı asanlaşdıran qida: Alman alimləri

Almaniyada aparılan yeni bir araşdırmaya görə, yeməkdən əvvəl yeməyinizi qoxulamaq sizi tox hiss etdirə və həddindən artıq yeməyin qarşısını ala bilər.

Tribunainfo.az xəbər verir ki, mütəxəssislər siçanlar üzərində aparılan beyin skanları ilə burundan gələn qoxulara bilavasitə reaksiya verən xüsusi sinir hüceyrələri qrupu aşkar ediblər.

Tədqiqat müşahidə edib ki, bu hüceyrələr qida qoxusuna məruz qalmadan əvvəl aktivləşdikdə, daha az yeməyə səbəb olurlar. Ancaq bu təsir yemək qoxularına xas olub; digər qoxular oxşar nəticə verməyib.

Tədqiqat mexanizmin insanlarda işləyəcəyinə dair hələ dəqiq məlumat vermir. Bununla belə, tədqiqatçılar siçanlarda olduğu kimi insan beynində də eyni qrup sinir hüceyrələrinə rast gəlindiyini və oxşar təsirin görünə biləcəyini qeyd ediblər.

Ancaq bu üsul obez insanlar üçün keçərli olmaya bilər. Araşdırma, kök siçanların beyinlərinin bu qoxuya eyni şəkildə reaksiya vermədiyini ortaya qoyub. Mütəxəssislərin fikrincə, bu, piylənmənin qoxu hissini pozması ilə bağlıdır. Bənzər bir fenomen əvvəllər insanlarda müşahidə edilmişdir.

Dr. Sofi Stekulorum, ”Bizim tapıntılarımız iştahın tənzimlənməsində və piylənmənin inkişafında qoxu duyğunun necə kritik rol oynadığını göstərir”, – deyib.

Nevroloq Cenik Bulk, “Biz düşünürük ki, bu mexanizm siçanları təbiətdəki yırtıcılardan qorumağa kömək edir. Daha qısa müddətdə yemək yeyərək tutulma riskini azaldırlar”.

Bəzi əvvəlki tədqiqatlar da qoxuların iştahı yatırıcı təsir göstərə biləcəyini irəli sürüb. Xüsusilə, ABŞ-da aparılan bir araşdırma göstərib ki, alma, nanə və armud qoxusu gün ərzində yemək istəyini azaldır.

 

Dəniz Pənahova

Seçilən
20
tribunainfo.az

1Mənbələr