AZ

Rusiyanın müharibəni bitirmək üçün YALNIZ BİR ŞƏRTİ VAR

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynada müharibənin bitməsi üçün ilkin şərtlərini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Ryabkovun sözlərinə görə, NATO-nun Baltikyanı ölkələr və Şərqi Avropadakı mövcudluğuna son qoyması müharibənin həlli üçün şərtdir:

"ABŞ tərəfi bizimlə təhlükəsizlik sahəsindəki köklü ziddiyyətlərin əsas səbəblərini aradan qaldırmaq üçün konkret addımlar atmalıdır. Bunlardan ən mühümü NATO-nun şərqə doğru genişlənməsidir".

Ryabkov bəyan edib ki, NATO-nun Baltikyanı regionda hərbi mövcudluğu Rusiya üçün birbaşa təhlükə yaradır. Xüsusilə Rusiyanın Avropa daxilində ərazisi olan Kalininqrad bölgəsi ilə birlikdə nəzərdən keçirildikdə, Baltikyanı ölkələr Moskvanın illərdir öz təsir dairəsi kimi gördüyü bölgələr sırasındadır.

Seçilən
15
publika.az

1Mənbələr