Bakı. Trend:
Respublikanın bölgələrində taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il ölkə üzrə932 319 hektar sahədə payızlıq taxıl əkini aparılıb.
Əkin sahələrinin 505 696 hektarını buğda, 426 623 hektarını arpasahələri təşkil edir.
Hazırda biçin prosesi Azərbaycanın 40 rayonunda əsasən arpasahələrində aparılır.