AZ

Azərbaycan və Çin arasında elm, texnologiya və süni intellekt sahələrində əməkdaşlığa dair sənədlər imzalanıb (FOTO)

Bakı.Trend:

Elm və təhsil naziri Emin Əmrullayevin Çin Xalq RespublikasınınÇendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci“Bir kəmər, Bir yol” konfransı çərçivəsində Çin XalqRespublikasının elm və texnologiya naziri Yin Hecun ilə ikitərəfligörüşü baş tutub.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumatverilib.

Qeyd edilib ki, sözügedən görüş zamanı iki ölkə arasında elmsahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişafperspektivləri müzakirə edilib.

Görüş çərçivəsində elm, texnologiya, həmçinin süni intellektsahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini təşviq etməkməqsədilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iləÇin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında süniintellekt elmi sahəsində Əməkdaşlıq Proqramının birgə tətbiqihaqqında Niyyət Məktubu" və "Azərbaycan Respublikasının Elm vəTəhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və TexnologiyaNazirliyi arasında elm, texnologiya və innovasiya sahələrindəəməkdaşlıq üzrə Xüsusi Proqramın birgə tətbiqi haqqında NiyyətMəktubu" imzalanıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
48
16
az.trend.az

10Mənbələr