AZ

“Çelsi” Ceydon Sançonun MY-yə qaytarılacağını açıqladı

“Çelsi” icarəyə götürdüyü 25 yaşlı ingiltərəli sol cinah hücumçusu Ceydon Sançonun “Mançester Yunayted”ə qaytarılacağını açıqlayıb.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən məlumat verir:

“Biz hamımız Ceydona, onun səylərinə görə təşəkkür etmək istərdik və ona gələcəkdə bütün uğurları diləyirik” – “zadəganalar”ın açıqlamasında deyilir.

Xatrıladaq ki, Sanço 2024/2025-ci illər mövsümünü icarə əsasında “Çelsi” üçün keçirib.

Sanço “zadəganalar” üçün meydana çıxdığı 41 oyunda 5 qol vurub, 10 məhsuldar ötürmə verib. Sanço “Çelsi” ilə 2024/2025-ci illər mövsümünün Konfrans Liqasını qazanıb.

Vaxtilə, yetirməsi olduğu “Mançester Siti”nin uğurları üçün çalışmış Ceydon Sanço “qırmızı şeytanlar”ın düşərgəsinə 2021-ci ilin iyul ayında 85 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından tamhüquqlu əsasda keçib. Çıxışı müddətində Sanço “qırmızı şeytanlar”ın heyətində 83 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Ceydon “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Sanço 2018-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı ingilis hücumçunuun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
32
arena.az

1Mənbələr