"Boeing"in səhmləri təyyarə qəzası xəbərləri fonunda 7,8% ucuzlaşıb
Amerikanın təyyarə istehsalçısı Boeing-in səhmləri Hindistanda təyyarə qəzası xəbəri fonunda 7,8% ucuzlaşıb. Boeing 787-8 Dreamliner təyyarəsi Əhmədabaddan Londona uçarkən binaya çırpılıb.
Reuters-in verdiyi məlumata görə, ilkin ticarətdə səhmlərin qiyməti 197,3 dollara çatıb.
Korporasiyanın özü hələlik insidentlə bağlı açıqlama verməyib.
Bundan əvvəl göyərtəsində 242 nəfərin olduğu Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğramasının ilk görüntüləri ortaya çıxdı. İlkin məlumatlara görə, təyyarədə ruslar olmayıb. Təyyarə Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb.
Son məlumatlara görə, 110 nəfər ölüb.