AZ

Bu il Rusiyanın Ukraynaya hücumları nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1,5 dəfə artıb

Rusiyanın raket və dron hücumları Ukraynada mülki əhali arasında itkilərin artmasına səbəb olub, 2025-ci ilin 5 ayı ərzində ölənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 50% artıb...

Bu barədə “Report” BMT-nin Ukraynada İnsan Hüquqları üzrə Monitorinq Missiyasına istinadən məlumat verir.

Missiyanın aylıq hesabatına əsasən, təkcə may ayında Rusiyanın Ukraynanın bütün ərazisinə hücumları nəticəsində 183 nəfər həlak olub, daha 836 nəfər yaralanıb.

"Bu il Ukraynanın mülki əhalisi üçün dağıdıcı oldu - ölən və yaralananların sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur", - missiyanın rəhbəri Daniel Bell vurğulayıb.

Onun sözlərinə görə, iyun ayının əvvəlindən hücumlar daha da intensivləşib, Rusiya hərbçiləri Ukrayna ərazisinə 1500-dən çox uzaq mənzilli raket atıb: "Son beş gündə ölkənin müxtəlif şəhərlərində ən azı 19 mülki şəxs həlak olub, daha 205 nəfər yaralanıb. Mülki əhali arasında itkilərin artacağı qaçılmazdır", - Bell vurğulayıb.

Poliqon.info 

Seçilən
23
1
poliqon.info

2Mənbələr