"Zirə" klubu "Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimlinin transfer hüquqlarına sahib çıxıb.
Offsideplus.az xəbər verir ki, son iki 2 mövsümü icarə əsasında Rəşad Sadıqovun rəhbərliyi altında oynayan futbolçu rəsmən "qartallar"ın üzvünə çevrilib.
27 yaşlı oyunçu ilə 2 illiyə müqavilə imzalanıb.
Qeyd edək ki, İsmayıl İbrahimli Azərbaycan milli komandasının da şərəfini qoruyur. O, bu günlərdə Latviya (0:0) və Macarıstanla (1:2) yoldaşlıq görüşlərində forma geyinib.